Azexport yeni elektron satış portalları ilə əməkdaşlığa başlayıb

27-07-2018 / 11:20

Azexport.az portalı Made in Azerbaijan brendi məhsullarının ixrac coğrafiyasını genişləndirmək və yerli istehsalçılara yeni potensial müştərilərin tapılmasında dəstək olmaq məqsədi ilə, daha bir neçə beynəlxalq elektron satış portalları ilə əməkdaşlığa başlayıb.

Xeberler.az məlumat verir ki,. Azexport portalının rəhbəri Zaur Qardaşov yeni portallara inteqrasiya ənənəvi bazarlardan fərqli olaraq yeni bazarlara çıxış imkanları əldə etmək və Made in Azerbaijan məhsulalrının ixrac istiqamətlərinin genişləndirilməsində böyük rol oynayır deyə bildirib: “Portallara inteqrasiya olunan ilk günlərdən Hindistandan meyvə tərəvəz məhsullarına və Körfəz ölkələrindən toyuq əti və toyuq yumurtasına sorğular daxil olub. Qeyd olunan portalların ümumi əhatə dairəsi 1.5 milyard istifadəçi təşkil edir.”

Qeyd edək ki, Azexport portalı ilk gündən amazon.com, alibaba.com, all.biz, agroserver.ru və digər bu kimi portallarla əməkdaşlıq edir və bunun sayəsində Azərbaycan məhsullarına beynəlxalq bazarlardan bu günə kimi 800 mln. ABŞ dollarından artıq sorğular daxil olub. Portal bundan sonra da əməkdaşlıq edəcəyi portalların siyahısının genişləndirilməsini nəzərdə tutur.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.