Azexport.az 2 qlobal portala inteqrasiya olunub

15-02-2017 / 14:04

Azexport.az portalı dünyanın daha iki böyük ticarət portalına inteqrasiya olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Xeberler.az-a verilən məlumata görə, bunlardan biri Şərqi Asiya ölkələrinə ixrac potensialı daha güclü olan ES21.com portalıdır.

Dünyanın böyük qlobal B2B portallarından biri olan Tradekey.com-da hər gün milyonlarla satış həyata keçirilir. Portalın məlumat bazasında 1,5 milyon şirkət nümayəndəsi, 3 milyon məhsul və 3 milyon qeydiyyatdan keçmiş alıcısı var.

Azexport.az portalının inteqrasiya olunduğu digər-Tradekey.com portalı ərəb ölkələrinə olan ixrac potensialını ələ alan beynəlxalq platformadır.

2005-ci ildə fəaliyyətə başlayan bu şirkət, dünyanın 220 ölkəsindən alıcı və satıcıları bir araya toplayan qlobal B2B platformudur.

Həmçinin, dünyada ISO sertifikatları ilə təsdiq olunmuş ilk  biznes portalı olaraq, beynəlxalq keyfiyyət standartları və müştəri məlumat və data bütövlüyü təhlükəsizliyini ən yüksək səviyyədə təmin edir.

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə