Azexport.az-a 37,6 milyon ixrac sifarişi daxil olub

07-04-2018 / 11:30

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin mart ayı üçün sayı təqdim olunub.

Xeberler.az bildirir ki, 2018-ci ilin yanvar-fevral ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 241,7 milyon ABŞ dolları təşkil edib.

2017-cı ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar - fevral ayında qeyri-neft sektoru üzrə ixrac 37,4 faiz artıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin yanvar-fevral aylarında ən çox qeyri-neft məhsullarımız Rusiya Federasiyasına ixrac edilib. Belə ki, yanvar-fevral ayı ərzində Rusiyaya 67,8 milyon, Türkiyəyə 65,4 milyon, İsveçrəyə 25,6 milyon, Gürcüstana 17,4 milyon və Çinə 7,6 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2018-ci ilin yanvar-fevral ayları ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında qızıl birinci yerdə qərarlaşıb (24,4 milyon ABŞ dolları). Bu siyahıda ikinci yeri elektrik enerjisi (20,3 milyon ABŞ dolları), üçüncü yeri isə xurma (19 milyon ABŞ dolları) tutub.

Azərkosmos ASC-nin 2018-ci ilin yanvar-fevral aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, BƏƏ, Almaniya, Gürcüstan, Çin, Misir, Qırğızıstan, Kipr, CAR, Birləşmiş Krallıq, Ukrayna və digərləridir.

Fevral ayı ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, 2018-ci ilin fevral ayı ərzində Azexport.az portalına 37,6 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub. Ümumilikdə isə 2017-ci ilin yanvar ayından 2018-ci ilin 28 fevral tarixinə kimi Azexport.az portalına dünyanın 81 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 594,1 milyon ABŞ dolları təşkil edib.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.