Azexport.az portalına 2018-ci ildə 514 milyon ABŞ dolları məbləğində ixrac sifarişi daxil olub.

01-02-2019 / 11:36

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-cu ilin yanvar sayı təqdim olunub.

Xeberler.az  bildirir ki, icmalın bu sayında göstərilir ki, 2018-ci ilin yanvar-dekabr ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 1 milyard 689 milyon ABŞ dolları təşkil edib. 2017-cı illə müqayisədə 2018-ci ildə qeyri-neft sektoru üzrə ixrac 151 milyon ABŞ dolları və ya 10 faiz artıb. Ötən il ərzində Rusiyaya 619,2 milyon, Türkiyəyə 344,9 milyon, İsveçrəyə 135,4 milyon Gürcüstana 124,5 milyon və Qazaxıstana 44,6 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib. 2017-ci illə müqayisədə 2018-ci il ərzində Rusiyaya qeyri-neft ixracı 12%, Türkiyəyə 18%, İsveçrəyə 1%, Qazaxıstana 36% artmış, İsveçrəyə 6%, Gürcüstana isə 10% azalıb.

2018-ci ilin yanvar-dekabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (177,4 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 118 milyon ABŞ dolları) ikinci olub. Xurma isə (114,5 milyon ABŞ dolları) bu siyahıda üçüncü yerdə qərarlaşıb.

Ümumiyyətlə, 2018-ci ilin yanvar-dekabr ayları ərzində meyvə-tərəvəz ixracı 560 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 118,6 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 112,2 milyon, elektrik enerjisinin ixracı 65,6 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 86,2 milyon, pambıq lifi ixracı 80,5 milyon, kimya sənayesi məhsullarının ixracı 78,1 milyon, pambıq ipliyi ixracı 24 milyon ABŞ dolları təşkil edib. 2017-ci illə müqayisədə 2018-ci ildə pambıq lifinin ixracı 2,4 dəfə, elektrik enerjisinin ixracı 29 faiz, pambıq ipliyinin ixracı 49 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 17 faiz, meyvə-tərəvəzin ixracı 11 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 4 faiz artıb.

2018-ci ilin dekabr ayında isə qeyri-neft sektoru üzrə ixrac 157 milyon ABŞ dolları təşkil edib. Ötən ilin dekabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısına Rusiya (63,8 milyon ABŞ dolları) başlıq edib. Daha sonra bu siyahıda Türkiyənin (23,6 milyon ABŞ dolları), İsveçrənin (12,2 milyon ABŞ dolları), Gürcüstanın (7,4 milyon ABŞ dolları), İranın (5,4 milyon ABŞ dolları) və digər ölkələrin adları var.

2018-ci ilin dekabr ayında qeyri-neft sektoru üzrə ixracda xurma (25,4 milyon ABŞ dolları) birinciliyi ələ alıb. Pomidor (15,2 milyon ABŞ dolları) ilə fındıq ləpəsi (13,4 milyon ABŞ dolları) isə ikinci və üçüncü yeri bölüşüblər. “İxrac İcmalı”nın yanvar sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı subyektlərin reytinqi də verilib. 2018-ci ilin yanvar-dekabr ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı subyektlər təmsil olunurlar:

“Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi,

  • "MKT İstehsalat Kommersiya" MMC,
  • "Baku Steel Company" MMC,
  • "Kapitan Fruit" MMC,
  •  “Food Export Şəmkir” MMC,
  • “Azfruittrade” MMC,
  •  “Sun Food” MMC,
  • "TST Export" MMC,
  • "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC,
  • "Qala meyvə-tərəvəz ixracat idxalat"MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-nin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar:

  • "Det-al Alüminium" MMC,
  • "Azərenerji" ATSC,
  • "Azergold" QSC,
  • "SOCAR Methanol" MMC,
  • "Azərbaycan Hava Yolları" QSC,
  • “CTS-Agro” MMC,
  • "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC,
  • “Geofizika və Geologiya İdarəsi”,
  • Naxçıvan MR Dövlət Energetika Xidməti.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə