AZINNEX Ümid yeri uşaq evində Multimedia Mərkəzi açıb

04-06-2018 / 16:39

2 iyun 2018-ci il tarixində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təsis etdiyi Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun (AZINNEX) üzvləri sosial məsuliyyət proqramı çərçivəsində Binə qəsəbəsində yerləşən Ümid yeri uşaq evində valideyn qayğısından məhrum olmuş uşaqlarla görüş keçirib.

Xeberler.az bildirir ki, göruş zamanı uşaqlar üçün informasiya texnologiyaları üzrə baza biliklərinin yaradılması, texnologiyaların əhəmiyyəti haqqında təsəvvürün formalaşdırılması, təhsil proseslərinin müasir standartlara uyğunlaşdırılması məqsədilə AZINNEX tərəfindən təşkil olunmuş Multimedia Mərkəzinin açılışı olub. Mərkəz ümumi sahə kimi istifadə olunan müasir avadanlıq və mebellərlə, həmçinin dərslərin elektron formatda keçirilməsi üçün böyük ekran, kompyuter və printerlə təchiz olunub.

Dövlət Agentliyinin nümayəndəsi Şəbnəm Məmmədova çıxış edərək bu təşəbbüsün
əhəmiyyətindən, eləcə də Dövlət Agentliyinin bu cür tədbirlərə dəstəyindən söz açıb.
Bildirilib ki, mərkəzdə mütəmadi olaraq ilkin peşə biliklərinin formalaşdırılması üçün
təlimlər keçiriləcəkdir.

Görüşdə iştirak edən AZINNEX-in Müşahidə Şurasının üzvləri Məhəmməd Zülfüqarlı
və Cabir Cümşüdov uşaqlar üçün informasiya texnologiyalarının əhəmiyyəti, müasir trendlər, bu istiqamətdə gələcək peşə seçimləri barədə məlumat veriblər. Daha sonra uşaqların çoxsaylı sualları cavablandırılıb.

Tədbir zamanı, həmçinin Step IT Academy tərəfindən uşaqların maraqla qarşıladığı
robotics üzrə təlim keçirilib. Təlimdə aktiv iştirak edən 4 uşaq üzv şirkətlərin dəstəyi ilə Akademiyanın yay düşərgəsində iştirak edəcəkdir.

Görüşdə AZINNEX nümayəndələri tərəfindən uşaqlara bayram hədiyyələri paylanılıb.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.