Azİntelecom DATA mərkəzinin alınması üçün tender elan edib

28-06-2016 / 10:18

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Azİntelecom MMC konteyneriçi DATA mərkəzinin alınması ilə əlaqədar açıq tender elan edib.

Xeberler.az bildirir ki, bununla bağlı elan Azərbaycan qəzetində yerləşdirilib.

Qeyd edilib ki, müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdır.

Tenderdə iştirak etmək istəyənlər 1 000 manat məbləğində vəsaiti qurumun hesabına köçürə və Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Azİntelecom-un inzibati binasında (Bakı şəhəri, Zərifə Əliyeva küçəsi,77) ala bilərlər.

İştirak haqqı heç bir halda geri qaytarılmır və iddiaçılar tenderdə iştirak etmək üçün zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olan tender təklifi təqdim etməlidir. Həmçinin, tender təklifi dəyərinin 2 %-i həcmində bank təminatı da təqdim olunmalıdır.

Sənədlər Azərbaycan dilində, iki nüsxədə tərtib olunmalıdır. Xarici dildə olan tender təklifləri isə Azərbaycan dilinə tərcümə olunmalıdır.

İddiaçılar tenderdə iştirak etmək üçün tender təklifi və bank təminatı istisna olmaqla digər sənədləri avqustun 2-dək, tender təklifi və bank təminatını isə avqustun 8-dək təqdim etməlidir. İddiaçıların təklifləri avqustun 11-də Azİntelecom-un baş ofisində açılacaq.

 

 Məltəm Talıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.