AzInTelecom kibertəhlükəsizliyin qorunması üzrə müştərilərinə kompleks həll təklif edir

07-03-2019 / 16:51

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin “AZCLOUD” bulud provayderi kibertəhlükəsizliyin qorunması üzrə dünya brendi olan “Trend Micro”nun “Deep Security” həllini müştərilərinə təklif edir.

Xeberler.az  bildirir ki, “Trend Micro Deep Security” həllinin əsas üstünlükləri serverlərin tam qorunması və bulud infrastrukturunun təhlükəsizliyinin kompleks şəkildə təmin edilməsidir. Güclü, rahat, avtomatlaşdırılmış. Bu, bulud infrastrukturunun təhlukəsizliyini təmin etmək üçün aparıcı həll olan – “Deep Security”-nin əsas xüsusiyyətləridir. İstifadəçi təhlükəsizlik həllini əlverişli icarə əsasında əldə edərkən “Deep Security” infrastrukturunun quraşdırılmasına vaxt sərf etmədən şəxsi serverlərin kompleks təhlükəsizliyini təmin edəcək.

Belə ki, “AZCLOUD” bulud provayderi müştərilərinə “Deep Security” həllini istifadə üçün tam hazır və optimallaşdırılmış bir xidmət kimi təklif edir. Həllin konfiqurasiyalarının quraşdırılması və yenilənmə işlərini "AZCLOUD"-un sertifikatlaşdırılmış mütəxəssisləri yerinə yetirəcək.

Qeyd edək ki, “Trend Micro” bulud infrastrukturunun və serverlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində ixtisaslaşan beynəlxalq şirkətdir, onun məlumat təhlükəsizliyi həlləri dünyanın onlarla ölkəsində beş yüz mindən çox şirkət tərəfindən istifadə edilir.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.