AzInTelecom Microsoft-la əməkdaşlığa başladı

07-12-2017 / 17:13

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən AzInTelecom“Microsoft Azərbaycan şirkəti ilə Anlaşma Memorandumu imzalayıb.   

Bu barədə Xeberler.az-a  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İctimaiyyətlə Əlaqələr Sektorundan məlumat verilib.

Tərəflər arasında əldə olunan razılığa əsasən, AzInTelecom-un Data Mərkəzinin texniki imkanları vasitəsilə müasir, son texnologiyalara əsaslanan İKT həllərinin tətbiqinə dair birgə əməkdaşlıq ediləcək. 

2016-cı ilin dekabr ayında  istismara verilən AzInTelecom-un Data Mərkəzi Azərbaycan və Cənubi Qafqaz regionunda TIER III, ISO 20000 və ISO 27001 sertifikatlarına malik ilk Data Mərkəzidir.

Data Mərkəzin texniki imkanları vasitəsilə bulud əsaslı infrastruktur həlləri təqdim edən AzInTelecom-un bu sahədə çoxillik beynəlxalq təcrübəyə malik olan Microsoft şirkəti ilə əməkdaşlığa başlaması ölkə və region miqyasında çox mütərəqqi hadisədir.

Belə ki, şirkətlərin ümumi məramı ən son data texnologiyaları və xidmətləri üzrə müvafiq məlumatların müasirləşdirilməsi və İT infrastrukturunun qiymətləndirilməsi üçün informasiya təminatından, eləcə də, bu sahə üzrə qarşılıqlı əməkdaşlıq perspektivlərinin dəyərləndirilməsindən ibarətdir.

Bundan əlavə, AzInTelecom-la qarşılıqlı əməkdaşlıq şəraitində hökumət və kommersiya qurumları Microsoft-un lisenziyalaşdırma proqramı və həlləri ilə daha təhlükəsiz şəkildə təmin olunacaq.

Potensial əməkdaşlıq çərçivəsində AzInTelecom-da rəqəmsal texnologiyalardan istifadənin gələcəkdə daha da genişləndirilməsi və yeni İKT həllərinin tətbiqi məqsədilə birgə İşçi Qrupunun yaradılması da nəzərdə tutulub.

Günel

 

   

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.