AzInTelecom tender elan edir

22-02-2019 / 17:15

"AzInTelecom" MMC şəbəkə təhlükəsizliyinin mərkəzi idarəetmə proqram təminatına texniki dəstək, trafikin təhlükəsizliyinə nəzarət və təhlil xidmətlərini göstərəcək şirkət seçir. 

Xeberler.az  bildirir ki, bu barədə cəmiyyətin elanında deyilir.

Seçim açıq tender metodu ilə keçirilir. Tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak haqqı 1,5 min manatdır.

Tender təklifləri 29 mart saat 17:00-dək təqdim edilməlidir. Tender proseduru aprelin 1-də baş tutacaq.

Telefon: (+9412) 200-00-74/72. Əlaqələndirici şəxs: Kamil Bektaşi.

“AzInTelecom” MMC-nin operatoru olduğu Data Center 2016-cı ilin dekabr ayında açılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC 2015-ci ilin iyun ayında yaradılıb. Şirkətin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq səs trafiki, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və sair xidmətlərdən ibarətdir.*


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.