Aztelekom internet istifadəçilərinin sayını açıqladı

24-11-2017 / 14:52

Aztelekom tərəfindən regionlarda şəhər və kənd Elektron ATS-lərində müasir texnologiyalar tətbiq etməklə genişzolaqlı internet xidmətlərinin əhatə dairəsi genişləndirilir, multimedia xidmətlərinin çeşidləri artırılır.

Xeberler.az-ın məlumatına görə, artıq Aztelekom-un intenet istifadəçilərinin sayı 250 000 nəfərə çatıb. 250 000-ci istifadəçi Şəki şəhər sakini Rübabə Abdullayevadır.

Bu münasibətlə, ona  Aztelekom tərəfindən noutbuk və 6 aylıq internetdən pulsuz istifadə sertifikatı təqdim olunub.

Qeyd edək ki, bu il ərzində multimedia xidmətlərinin genişləndirilməsi layihəsinə uyğun olaraq, Aztelekom MMC-nin xidməti ərazisində müasir avadanlıqlar quraşdırılıb, genişzolaqlı internet xidmətinin əhatə dairəsi genişləndirilib.

Nəticədə, Aztelekom-un internet istifadəçilərinin sayı 25% artıb.

 Günel

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə