Aztelekom IPTV xidmətləri üçün avadanlığın satın alınmasına 550 min manata yaxın vəsait yönəldəcək

16-01-2019 / 17:38

“Aztelekom” MMC internet istifadəçilərinə müsir standartlara uyğun olaraq IPTV xidmətlərinin göstərilməsi məqsədilə avadanlığın satın alınmasına təxminən 550 min manat yönəldəcək.

Xeberler.az  bildirir ki, www.tender.gov.az saytının məlumatına görə, “Aztelekom” üçün qeyd olunan avadanlığın tədarükçüsü BestComp Group şirkəti olub.

Tərəflər arasında imzalana müqavilənin dəyəri 548 min 530,08 manatdır.

“Aztelekom” MMC 1992-ci ilin avqust ayında yaradılıb və tabeliyində 57 yerli Telekommunikasiya müəssisəsini birləşdirir. Birlik Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxildir.

1995-ci ildə təsis olunan BestComp Group şirkəti sistem inteqrasiyası, Data mərkəzi həlləri, layihə həlləri, proqram təminatının yaradılması, distribusiya və digər İT xidmətlərin göstərilməsi sahəsində Cənubi Qafqaz və Orta Asiyanın İKT sektorunun aparıcı şirkətlərindən biridir. *


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.