Aztelekom MMC Azerfon-u məhkəməyə verib

18-09-2015 / 11:44

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumu  Aztelekom Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Azerfon MMC-ni məhkəməyə verib.

Xeberler.az-ın Report-a istinadən məlumatına görə, Aztelekom "Arabağlantıdan istifadə üzrə qarşılıqlı hesablaşma haqqında" müqaviləyə dəyişikliklərin təsdiq edilməsi barədə tələb irəli sürüb.

İşə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, Aztelekom 1992-ci ilin avqust ayında yaradılıb.  Əmlak Məsələləri Dövlət Komitəsinin 22 iyun 2015-ci il tarixli 183 nömrəli sərəncamı ilə “Aztelekom” İstehsalat Birliyi yenidən təşkil edilməklə “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinə (“Aztelekom” MMC) çevrilib.
Azerfon isə kommersiya fəaliyyətinə 21 mart 2007-ci il tarixində Nar Mobile ticarət nişanı ilə başlayıb.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.