Aztelekom MMC-nin kollekti sosial aksiya həyata keçirib

18-03-2019 / 10:19

Novruz bayramı ilə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” MMC-nin kollektivi daha bir sosial aksiya həyata keçirib.

Xeberler.az  bildirir ki, Hacıqabul şəhərinin giriş qapısı və “Şəhidlər xiyabanı”nın ətrafında olan ərazi kənar əşyalardan təmizlənib, bu ərazidə 100-dən çox müxtəlif növ ağac əkilib. Yeni əkilən Eldar şamı, küknar, şam və digər növ ağaclar suvarılaraq onlara aqrotexniki qulluq göstərilib.

Təbiətə töhfə vermək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək, ekoloji mühitin qorunması, yaşıllıq sahələrinin artırılmasına xidmət edən belə aksiyaların gələcəkdə də keçirilməsi planlaşdırılır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə