Aztelekom-un təşkilati -hüquqi forması dəyişdi

09-07-2015 / 15:24

Aztelekom İstehsalat Birliyi məhdud məsuliyyətli cəmiyyətə (MMC) çevrildi.

Bu  barədə  Xeberler.az-a cəmiyyətdən məlumat verilib.

Aztelekom-un MMC-yə çevrilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına uyğun olaraq həyata keçirilib.

1996-cı ildə qeydiyyata alınmış Aztelekom İB Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxildir və Azərbaycan ərazisində (Bakı istisna olmaqla) stasionar telefon rabitəsinin təmin edilməsi ilə məşğul olur.

Qeyd edək ki, ötən il  Aztelekom İstehsalat Birliyi və Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin birgə  açıq səhmdar cəmiyyət yaratması müzakirə olunurdu. Bununla bağlı  Rabitə və Yüksək Texnologiyalar naziri  Əli Abbasov da  açıqlama vermişdi ki, artıq 2014-cü ildə belə bir qurum - ASC fəaliyyət göstərəcək.

Maraqlıdır ki, nə üçün bu təklif reallaşdırılmadı və ayrıca MMC  yaradıldı? Bununla bağlı isə rəsmi açıqlama yoxdur. 

 

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.