Aztelekomda uğurla təcrübə keçən tələbələrə iş təklif olundu

10-09-2018 / 12:45

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aztelekom MMC-nin tələbələr üçün keçirdiyi “Yay təcrübəsi 2018” proqramı uğurla başa çatıb.

Xeberler.az  məlumat verir ki, “Xəzər”, Bakı Mühəndislik, Azərbaycan Dövlət
İqtisad universitetlərinin və Azərbaycan Diplomatik Akademiyasının III və IV kurs tələbələrinin iştirakı ilə keçirilən təcrübə proqramı üç aylıq müddəti əhatə edib.

“Aztelekom”un Genişzolaqlı Xidmətlər, İnformasiya Texnologiyaları, Texniki, Maliyyə və İnsan Resursları departamentlərində təcrübə keçən tələbələr iş prosesində birbaşa iştirak edərək müasir texniki avadanlıqla tanış olmaq imkanı əldə ediblər.

Proqramın yekununa həsr olunmuş tədbirdə hər bir iştirakçıya “Aztelekom” MMC-nin sertifikatı və hədiyyələri təqdim olunub. Tələbələrlə görüşdə “Aztelekom” MMC-nin İnsan resursları departamentinin direktoru Səidə Hüseynova bildirib ki, bu kimi layihələr gələcəkdə uğurlu əməkdaşlıq üçün istedadlı kadrların müəyyən olunmasına imkan yaradır. Bundan əlavə, gənclərə uğurlu işgüzar həyatla bağlı faydalı məsləhətlər də verilib.

Qeyd edək ki, təcrübədə iştirak edərək yüksək nəticə göstərən tələbələrin adları təşkilatın kadr bazasında ehtiyat və potensial kadrlar statusunda saxlanılacaq. “Yay təcrübəsi 2018” proqramını uğurla başa vuran bir neçə tələbəyə mövcud vakansiyalar üzrə iş təklifləri edilib.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.