AzTU-da Cisco akademiyası fəaliyyətə başlayıb-Foto

06-06-2016 / 13:54

Azərbaycan Texniki Universitetində (AzTU) Cisco şəbəkə akademiyasının açılışı olub.

Universitetdən Xeberler.az-a verilən məlumata görə, akademiyanın açılışında çıxış edən AzTU-nun rektoru, professor Havar Məmmədov müasir zamanda informasiya texnologiyalarının vacibliyindən danışıb.

Rektor tələbələr və Universitetin əməkdaşlarının İKT-dən yüksək şəkildə istifadəsi üçün hər cür şərait yaradıldığını bildirib:

"Bu gün elə bir sahə yoxdur ki, orada İKT-dən istifadə olunmasın. Ona görə də müasir zamanın tələbinə uyğun olaraq hər kəs, xüsusilə texniki sahə ilə məşğul olanlar informasiya texnologiyalarından yüksək səviyyədə istifadə etmək bacarığına yiyələnməlidi. Bunun üçün biz mütəmadi olaraq Universitetin maddi-texniki bazasını və kadr potensialını gücləndiririk."

Şəbəkə və Audio-vizual Texnologiyalar Şirkətinin (AzNEXT) direktoru və Cisco şəbəkə akademiyasının Azərbaycan üzrə rəhbəri Səməd Abasov isə çıxışında akademiya haqqında məlumat verib. O, bildirib ki, akademiyanın yaradılmasında əsas məqsəd şəbəkə texnologiyaları üzrə mütəxəssislərin yetişdirilməsidir.

Daha sonra Cisco şəbəkə akademiyası üçün hazırlanan otaqla tanışlıq olub.

Qeyd edək ki, şəbəkə texnologiyası üzrə dünya liderinə çevrilən Cisco-nun təhsil müəssisələri ilə birgə layihəsi olan Cisco şəbəkə akademiyasında 15 istiqamət üzrə kurslar təşkil olunur. Bu kursları bitirən tələbələrə verilən sertifikatlar dünyanın hər yerində tanınır və həmin tələbələr karyerada üstünlük əldə edirlər.

Xeberler.az

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə