AzTU-da Startap Günləri başa çatıb

13-04-2019 / 23:33

Məlumat verdiyimiz kimi, Azərbaycan Texniki Universitetində (AzTU) növbəti Startap Günləri keçirilib.

Xeberler.az bildirir ki, 2 gün davam edən tədbir bu gün başa çatıb.

Dünən AzTU-da tədbirin açılış mərasimi keçirilib.

Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi Səmral Əliyev, Azərbaycan İnternet Forumunun prezidenti və Startap Azərbaycan Təşkilatının kordinatoru Osman Gündüz,  AzTU-nun Prorektoru İlham Pirməmmədov və digərləri çıxış edib.

Daha sonra ekpsert və mentorların dəstəyi ilə iştirakçılar tərəfindən yeni biznes - ideyaların irəli sürülməsi, bunun müzakirəsi və ideyaların yarışı başlayıb.

Bu mərhələdə tələbələr 20-ə yaxın biznes ideya səsləndirib. Daha sonra ən yaxşı 5 ideya seçilib.

Qalib ideyalar ətrafında komandalar formalaşırılıb və komandalar işə başlayıb. Startap Azərbaycan-ın ekspertləri və mentorları komandalara öz tövsiylərini verib.

Bu gün səhər saatlarından komandalar öz ekspert və mentorların yardımı ilə layihələri üzərində işlərə başlayıb və axşama qədər fəaliyyətlərini davam etdiriblər. Mentorlar Orxan Əhmədov,  Rəşad Əliyev, Rüstəm Həsənov , Hikmət Əliyev və digərləri komandalara dəstək veriblər. 

Həmçinin, komandalar üçün təlimlər də təşkil edilib. Belə ki, ekspertlər Orxan Əhmədovun və Rəşad Əliyevin moderatorluğu ilə İnternet biznesə yeni başlayanlar üçün təlim keçirilib. 

Onlar komandalara layihələrinin prototiplərinin hazırlanması, komanda formasında fəaliyyət, layihələrin təqdimatı zamanı diqqət etməli olduğu vacib məqamlar barədə məlumat verilib.

Komandalar eskpert və mentorların dəstəyi ilə layihələrinin təqdimat forması üzərində işləməyi öyrənib. Günün sonuna qədər komandalar layihələr üzərində fəaliyyəti davam etdirib.

Onu da bildirək ki, AzTU-nun rektor əvəzi Xalıq Yahudov komandalarla görüşərək onların layihələri ilə yaxından maraqlanıb.

Komanda rəhbərləri layihələri barədə Xalıq Yahudova qısa məlumat verib.

Bu gün Startap Günlərinin yekun mərhələsi keçirilib və qalib komandalar müəyyən edilib.

Komandalar hazırladıqları layihələrin ekspertlər qarşısında 5-7 dəqiqəlik təqdimatını edib. Münsiflər heyəti tərəfindən Layihələr qiymətləndirilib.

5 komanda arasından qaliblər elan edilib.
Belə ki,
1-ci yeri “AGRO SHARE”
2-ci yeri “TƏLƏBƏ İNKİŞAF KLUBU”,
3-cü yeri isə “ERKƏN XƏBƏRDARLIQ SİSTEMİ” layihəsi
 qazanıb.

Bu gün Startap Günlərinin yekun təqdimat mərasimi keçirilib.
Qaliblərə
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliynin , Azərbaycan İnternet Forumunun, Azərbaycan Texniki Universitetin, eləcə də sponsorların qiymətli hədiyyələri, diplomlar və sertifikatlar təqdim olunub. 

Startap Günlərinin keçirilməsində məqsəd ölkədə milli startap infrastrukturunu inkişaf etdirmək, yeni startapların yaradılmasına kömək etmək, bu istiqamətdə onlara informasiya-metodiki dəstək vermək və startapçılar arasında əlaqələri gücləndirməkdən ibarətdir.

Startap Günləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliynin dəstəyi ilə Startap Azərbaycan və AzTU-nun təşkilatçılığı ilə keçirilib.
Layihəyə Azərbaycan Beynəlxalq Bankı və SİNAM şirkəti dəstək verir.

 

Xeberler.az

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.