AzTU-da Startap Günləri-nin başlanmasına son 1 gün qaldı

11-04-2019 / 19:02

12-13 aprel 2019-cu il tarixində Azərbaycan Texniki Universitetində (AzTU) keçiriləcək “Startap Günləri” ilə bağlı hazırlıq işlər yerinə yetirilib.

Xeberler.az  bildirir ki, AzTU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, işçi qrupları yaradılıb və “Startap Günləri”nin keçiriləcəyi yerlər hazırlanıb. Tələbələrin orada rahat şəkildə iştirak edib öz ideyalarını nümayiş etdirməsi üçün lazımi şərait yaradılıb. Bu günə qədər “Startap Günləri”nə qatılmaq üçün 117 nəfər tələbə qeydiyyatdan keçib.

Qeyd edək ki, “Startap Günləri” AzTU-da ötən il də təşkil olunub. Ötən il yarışmanın qaydalarına uyğun olaraq 1-ci, 2-ci və 3-cü yerin qalibləri müəyyən olunub və onlara müxtəlif hədiyyələr, həmçinin pul mükafatı təqdim olunub. Bu ildə ənənəyə uyğun olaraq ən yaxşı 3 startap seçilərək 1-ci, 2-ci və 3-cü yerin qalibləri müəyyən olunacaq. Qaliblərə yarışmanın sponsorları tərəfindən hədiyyələrin və Respublika Finalına qatılma şansı veriləcək.

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə