AzTU-nun fərqlənən tələbələri Nar tərəfindən mükafatlandırıldı.

11-07-2018 / 17:55

Nar özünün korporativ sosial məsuliyyət strategiyası çərçivəsində Azərbaycan Texniki Universiteti ilə əməkdaşlıq əlaqələrini uğurla davam etdirir.

Xeberler.az məlumat verir ki, əməkdaşlıq çərçivəsində Nar universitetin Radiotexnika və rabitə fakültəsinin 2018-ci dərs ilinin ilk tədris semestri üzrə ən yaxşı nəticələri göstərən tələbələrini mükafatlandırdı.

Belə ki, 11 iyun 2018-ci il tarixdə Nar-ın baş ofisində təşkil edilən görüşdə göstərdikləri yüksək nəticələrə uyğun olaraq, 1-ci, 2-ci və 3-cü yerləri tutmuş tələbələr – Ağalarov Vüsal, Rzayev Əlislam və İbrahimova Arzu mobil operatordan dəyərli hədiyyələr qazandılar. Təhsilə və maarifə xüsusi önəm verən Nar-ın bu təşəbbüsü tələbələri dərslərinə daha həvəslə yanaşmağa sövq edir.

Qeyd edək ki, Azərbaycan Texniki Universitetində Nar GSM laboratoriyası fəaliyyət göstərir. Bu laboratoriya tələbələrə GSM sahəsi üzrə təcrübi biliklər əldə etməyə imkan yaradır. Müasir telekommunikasiya avadanlığının quraşdırıldığı Nar GSM laboratoriyasında tələbələr üçün təlim və seminarlar keçirilir. Bu təlimlər mobil rabitənin peşəkarları olan Nar-ın texniki əməkdaşları tərəfindən keçirilir.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə