AzTU-nun mütəxəssisləri NRYTN-nin Yüksək Texnologiyalar Parkında olublar

19-09-2018 / 10:36

Sentyabrın 18-də AzərbaycanTexniki Universitetinin (AzTU) bir qrup mütəxəssisi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli ilə görüşüb.

Xeberler.az  bildirir ki, universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, YüksəkTexnologiyalar Parkında keçirilən görüşdə AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov universitetdə yüksək texnologiyalar sahəsində aparılan araşdırmalar, tələbələrin startapları, həmçinin, Yüksək Texnologiyalar Parkı ilə imzalanan əməkdaşlıq müqaviləsi əsasında formalaşdırılan ekosistem haqqında geniş məlumat verib.

Tural Kərimli isə Yüksək Texnologiyalar Parkının vasitəçiliyi ilə son zamanlar həyata keçirilən layihələr haqqında danışıb. O qeyd edib ki, Yüksək Texnologiyalar Parkı AzTU-nun həm professor-müəllim, həm də tələbə heyətinin potensialının ortaya çıxarılmasında, bu potensialın səmərəli istifadəsində maraqlıdır.

Daha sonra görüşdə mütəxəssislərin təklifləri dinlənilib və perspektiv əməkdaşlıq sahələri müzakirə olunub.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə