AzTV tender elan edib

22-12-2017 / 11:20

Azərbaycan Televiziya və Radio Verilişləri QSC 3 televiziya və 2 radio kanalının internet vasitəsilə yayım xidmətinin satınalınması üzrə açıq tender elan edib.

Xeberler.az bildirir ki, tender iştirakçıları öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etməlidir.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, M. Hüseyn küçəsi 1 nömrəli (əlaqələndirici şəxs-Camal Əsgərovdan, telefon- 492-78-51) ünvandan ala bilərlər. 

İştirak haqqı 200 manatdır. Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcək. (Report)

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə