Bakcell abunəçiləri daha sürətli mobil internetdən faydalana biləcək

15-10-2015 / 16:32

Bakcell şirkətinin ultra-sürətli LTE şəbəkəsi 225 Mbit/s sürəti dəstəkləyəcək.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, buna şəbəkəni LTE-nin təkmilləşdirilmiş variantı olan LTE-Advanced tezlik daşıyıcılarının birləşməsi (Carrier Aggregation) texnologiyası vasitəsilə təkmilləşdirməklə nail olunub. Bakcell tezlik daşıyıcılarının birləşməsi texnologiyasından istifadə edərək dünya üzrə Kateqoriya 6 LTE-Advanced xidmətlərini göstərən 73 şəbəkədən (ümumilikdə 422 şəbəkədən) biri olması ilə qürur duyur.

Bakcell şirkətinin 2015-ci ilin may ayında istifadəyə verdiyi 1800 MHz tezlikdə işləyən və  Kateqoriya 4 (150 Mbit/s-yə qədər) olaraq ən qabaqcıl texnologiyaları dəstəkləyən LTE şəbəkəsi bütün Bakcell abunəçilərini yüksək keyfiyyətli və sürətli mobil internet təcrübəsi ilə təmin edir.

İndi isə ən qabaqcıl tezlik daşıyıcılarının birləşməsi texnologiyasının köməyi ilə Bakcell abunəçiləri 225 Mbit/s-yə çatan yükləmə sürəti ilə 50 faiz daha sürətli mobil internet təcrübəsindən faydalana biləcəklər.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə