Bakcell abunəçiləri Facebook-a pulsuz çıxış əldə edəcək

20-06-2016 / 16:40

Bakcell şirkətinin DoğmaCİN tarifinə qoşulan hər bir abunəçi Facebook tətbiqinə pulsuz çıxış imkanı əldə edəcək.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, pulsuz çıxış qaydası Facebook və Messenger tətbiqinin bütün istifadə növlərinə (o cümlədən, FB Messenger tətbiqi vasitəsilə mesajlaşma, fotoşəkil və fayl paylaşma xidmətlərinə) tətbiq olunur. Facebook tətbiqindən başqa səhifələrə yönləndirmə, eləcə də Messenger vasitəsilə edilən səsli və video zənglərə görə adi qaydada haqq tutulacaq.

“İndi Facebook-dan istifadə etməyən smartfon istifadəçisi ilə çətin rastlaşa bilərsiz. Biz istəyirik ki, abunəçilərimiz bir-birinə daha yaxın olmaq və bir-biri ilə daha sərfəli tariflərlə əlaqə yaratmaq üçün daha çox imkana malik olsunlar. Hər hansı bir “Bakcell” məhsulunun və ya xidmətinin yaradılması prosesində bizi motivasiya edən ən əsas amillərdən biri abunəçilərimizin bundan maksimal faydalanmasıdır. Buna görə də biz abunəçilərimizə daim bir-birindən cəlbedici məhsullar təqdim edirik. İnanırıq ki, abunəçilərimiz bu təklifdən faydalanacaq və şəbəkəmizdən istifadə edərkən həmçinin pula qənaət edəcəklər”, - deyə Fedja Hadziç qeyd edib.

Qeyd edək ki, bütün yeni və mövcud DoğmaCİN abunəçiləri *515*1#YES abunə kodunu yığaraq bu təklifdən faydalana bilərlər. Buna görə nömrənin balansından heç bir haqq tutulmur və qoşulan abunəçilər Facebook tətbiqindən 7 günlük pulsuz istifadə edirlər. Sınaq istifadə müddətindən sonra abunəçi Facebook-dan pulsuz istifadəni davam etdirmək üçün sadəcə öz nömrəsinin balansına vəsait yükləməlidir. Abunəçi hər həftə öz nömrəsinin balansına birdəfəlik 2-4,99 manat artırdıqda 7 gün, ay ərzində 5 manat və ya daha artıq vəsait artırdıqda isə 30 gün müddətində Facebook-a pulsuz çıxış imkanı qazanacaq.

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə