Bakcell abunəçilərinə şad xəbər

25-11-2015 / 13:04

ExpressPay ödəniş terminalları vasitəsilə Bakcell nömrələrinə minimum 3 AZN ödəniş etdikdə 3 dəqiqə, 5 manat və daha çox ödəniş etdikdə isə 5 pulsuz şəbəkədaxili danışıq vaxtı hədiyyə olunur.

Xeberler.az-ın məlumatına görə, Expressbank-dan bildirilib ki, danışıq dəqiqələri yalnız Cin kart abunəçiləri üçün nəzərdə tutulub.

Bakcell-in Klass və Gold abunəçilərinə isə SMS vasitəsilə aldıqları xüsusi kodu Cin kart abunəçilərinə verə bilərlər. Cin kart abunəçiləri bu kodu 5555 qısa nömrəsinə göndərməklə hədiyyə olunan dəqiqələri əldə edəcəklər. Qeyd edək ki, hədiyyə olunan dəqiqələr 3 gün ərzində istifadə olunmalıdır. Balansda olan hədiyyə dəqiqələrin qalığını *777# “YES” əməliyyatı vasitəsi yoxlamaq olar.

Hazırda ödəniş terminallarında Expressbank-a aid ödənişləri (kredit ödənişi, əmanət və cari hesabın artımı, həmçinin bank kartlarına onlayn rejimdə mədaxil), EmbaFinans (Embawood və Madeyra mebelləri) bank olmayan kredit təşkilatının ödəmələri, Nikoil Bank, PAŞA Sığorta, Bakı taksi, mobil operatorlar, kommunal, rabitə ödənişləri (Aztelekom – BTRİB), kabel TV, İnternet provayderlər, həmçinin onlayn oyunlar, sosial şəbəkələr və digər xidmətlər də mövcuddur.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.