"Bakcell" artıq konturların ləğvi ilə bağlı abunəçilərinə xəbərdarlıq etdi

20-04-2011 / 17:46
Azərbaycanda ilk mobil operator olan “Bakcell Ltd” MMC Cin abunəçilərinin nəzərinə çatdırır ki,  5 may 2011-ci il tarixdən etibarən danışıqlar üçün istifadə olunan kontur tarif sistemi manat sistemi ilə əvəz olunacaq. Yeni sistemə keçid əvvəlki tarif planlarında və xidmətlərdə heç bir dəyişiklik etməyəcək, sadəcə kontur qiymətləri manat ekvivalenti ilə əvəz olunacaq.     * Abunəçilər balanslarında qalan konturları qurtaranadək istifadə edə biləcəklər. Balansdakı konturlar qurtardıqdan sonra danışıq hesablamaları manatla aparılacaq.     * Abunəçilər öz balanslarını pul vahidi ilə artırmaq üçün əvvəlki qaydada danışıq kartlarından istifadə edəcəklər. Hal-hazırda bütün danışıq kartlarının üzərində qiymətlər manatla göstərilir və bu dəyişilməyəçək.       * Kontur sistemində olduğu kimi, abunəçilər hər bir zəng və SMS-dən sonra öz balansları barədə məlumat alacaqlar.     * Abunəçilərə əvvəlki qaydada kampaniyalar çərçivəsində aylıq bonusların verilməsi davam edəcək. Kontur bonusları aşağıdakı qaydada manat dəyəri ilə əvəz olunacaq:   - SevimliCin abunəçilərinə verilən 1000 kontur 2 AZN-ə bərabər olacaq; -  SevinCin abunəçilərinə verilən 500 kontur 1 AZN-ə bərabər olacaq; -  QoşaCin abunəçilərinə verilən 120 kontur 25 qəpiyə bərabər olacaq, bu da QoşaCin tarif paketinə daxil olan cüt nömrələr arasında danışıq üçün 25 şəbəkədaxili danışıq dəqiqəsi deməkdir.     * Dəqiqə ilə göstərilən bonuslar, yəni, yeni Cin abunəçiləri və hal-hazırda bonus alan Cin abunəçiləri üçün nəzərdə tutulan 25 şəbəkədaxili dəqiqə bonusu olduğu kimi qalacaq. Müxtəlif tarif paketlərinin manatla qiymətləri haqqında ətraflı məlumat konturdan manata keçid gününə qədər şirkətin www.bakcell.com rəsmi internet səhifəsində yerləşdiriləcək, eyni zamanda Bakcell Müştəri Xidmətləri Mərkəzləri, BakcellİM– lər və diler mağazalarında yayılacaq. 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə