“Bakcell Azərbaycan startapları üçün böyük tədbir təşkil edəcək”

17-02-2016 / 11:20

Məlumat verdiyimiz kimi, bir müddət əvvəl Bakcell şirkəti  AppLab innovativ mobil developer layihəsi çərçivəsində  Böyük Britaniyanın Wayra UK, Telefonica OpenFuture rəqəmsal sürətləndirmə proqramı ilə Azərbaycanda startaplara dəstək məqsədilə müqavilə imzaladı.

Qeyd edildi ki, proqramda iştirak edən startaplara mentorların, ekspertlərin, şirkətlərin, ictimai qurumların və investorların daxil olduğu beynəlxalq şəbəkəyə çıxış qazanmaq imkanı yaradılacaq.

"Hazırda bu istiqamətdə işlərin müəyyən hissəsi görülüb və yeniliklər var. Martın sonunda mobil developer layihəsi ilə bağlı Bakcell-in böyük tədbiri olacaq”.

Bu barədə Xeberler.az-a hazırda görülən işlərdən danışan Bakcell şirkətinin Korporativ strategiya departamentinin rəhbəri Mark Zirka deyib.

O bildirib ki, martın sonunda mobil tətbiqlə bağlı ideyası olan gənclərin Wayra UK şirkəti ilə görüşü təşkil olunacaq:

“Startap layihələrinin təqdimatı üçün “Pitch Day" elan etməyə hazırlaşırıq. Wayra UK tərəfindən Azərbaycandan müraciət edən bütün startaplara baxış keçiriləcək. Daha sonra müəyyən qiymətləndirmə olacaq. Bundan sonra ideyası olan gənclər elan olunacaq”.

Mark Zirka deyib ki, “Pitch Day ”-dən sonra artıq Wayra UK tərəfindən göstəriləcək dəstək, investisiya həcmi detallı müzakirə ediləcək.

 "Hələ tədbirin keçirləcəyi ilə bağlı məlumat elan etməmişik. Bu istiqamətdə işlər  davam edir. Tədbir imkan yaradacaq ki, startaplar ideyalarını investisiya ala bilmək  üçün təqdim etsin. İlkin baxış kömək edəcək ki, Wayra UK konkret seçim mərhələsinə keçsin”.

Onun sözlərinə görə, mobil developer layihəsi ilə bağlı müraciətlərə limit tətbiq olunmayıb. Yəni, ideyası olan hər kəs müraciət edə bilər:

“İstənilən sayda startap müraciət edə bilər. Limit tətbiq etməmişik. Wayra UK   tərəfindən də bununla bağlı hər hansı konkret qərar verilməyib. Həmçinin biz də Wayra UK  tərəfinə startapların qəbulu ilə bağlı hər hansı öhdəlik qoymamışıq. Onlar özləri “Pitch Day”-dən sonra şərtləri müəyyən edəcək”.

Mark Zirka Azərbaycan bazarında mobil developer sahəsinini inkişafına da toxunub. O vurğulayıb ki, bu sahənin inkişafı Azərbaycanda kifayət qədər pozitiv görünür.

Mark Zirka dünya təcrübəsinə dayanaraq mobil tətbiq yaratmaq istəyən startapların uğurlu və davamlı olması üçün maraqlı təkliflər də verib:

“ Bir tətbiq yaradərkən onun görünüşündən daha çox bazara gətircəyi  yenilik, görəcəyi faydalı işlərə fikiri yönəltmək lazımdır. Necə pul qazanacağı məsələsi də vacibdir. Yalnız görünüş üçün nəsə inkişaf etdirmək mümkün deyil. Bundan başqa, yalnız yerli yox, qlobal  bazarı da diqqətdə saxlamaq lazımdır. Bunun üçün işə başlamazdan əvvəl müəyyən araşdırmalar aparıb, rəqibləri, riskləri müəyyən etmək vacibdir.

Layihənin inkişafı üçün plan qurub sonra investora müraciət etmək lazımdır. İnvestor nəyə pul yatırdığına inanmalıdır. Həmçinin əsas olan komandadır. Əgər kimsə düşünürsə, tək başına hansısa uğurlu layihə yarada bilər, bu, çox yalnışdır. Bir məqamı da startaplar diqqətdə saxlamalıdır ki, investor layihədən daha çox, şəxsə inanmalıdır. Çünki layihəni idarə edən insandır.  İlk başdan investorun onlara pul yatırcağını gözləməməlidirlər. İnvestor əvvəlcə onlara inanmalıdır”.

Məltəm Talıbzadə


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.