Bakcell Bakutel-də gənclər üçün imkanlar nümayiş etdirir

04-12-2015 / 20:45

 Bakcell şirkəti Bakutel sərgisinə gələn və öz gələcəyini telekommunikasiya sektorunda görən gənclər üçün yaratdığı imkanları nümayiş etdirir.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, Bakcell-in stendində Qualcomm şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən AppLab innovativ mobil developer layihəsinə həsr olunmuş xüsusi güşə yaradılıb. Burada AppLab-ın indiyə qədərki məzunları - Bethclip və Xərcim.az layihələrinin rəhbərləri mobil developer proqramları ilə maraqlanan gənclərə ətraflı məlumat verir, öz təcrübələrini onlarla bölüşürlər.

Bundan başqa, onlar Bakcell stendində quraşdırılmış son model 3D printerinin işləmə mexanizmi ilə bağlı maraqlananlara məlumat verir, Bakcell-in loqosu ilə 3D printerində çap olunmuş müxtəlif əşyaları sərgi ziyarətçilərinə hədiyyə edirlər.

Bakcell-in stendində “Smart Start” təcrübə proqramına həsr olunmuş guşə də gənclərin sərgidə ən çox baş çəkdikləri yerlərdən birinə çevrilib. Bakcell şirkətinin insan resursları departamentinin əməkdaşları, eyni zamanda “Smart Start” proqramının ötən ilki məzunları öz gələcəklərini telekommunikasiya sektorunda görən və Bakcell-də təcrübə keçmək arzusunda olan gənclərə proqram haqqında məlumat verirlər.

 

Xeberler.az

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.