Bakcell Bakutel-də yeni xidmətlərini təqdim edib

02-12-2015 / 18:14

Bakcell şirkəti hazırda Azərbaycanda ən sürətli sayılan və operatora bir-birindən maraqlı yeni xidmətlər təklif etmək imkanı verən 4G+ (LTE A) mobil internet şəbəkəsinin funksional imkanlarını nümayiş etdirir.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, Bakutel 2015 sərgisinə gələn ziyarətçilər Bakcell-in təqdim etdiyi yüksəksürətli 4G internetini təcrübədən keçirmək və 4G limitini kəşf etmək üçün quraşdırılmış xüsusi velosipeddən istifadə edərək onun imkanları ilə əyləncəli bir şəkildə tanış olacaqlar.

Bakcell stendinin qonaqları ilk olaraq ən son LTE texnologiyası – 4G+ və ya LTE-Advanced xidməti sayəsində 225 Mbit/saniyəyə qədər sürətlə mobil interneti təcrübədən keçirmək imkanı qazanırlar. 

“Bakcell özünün ən müasir 4+ (LTE Advanced) şəbəkəsinin imkanlarını nümayiş etdirmək üçün ölkənin ən qabaqcıl informasiya texnologiyaları sərgisini - Bakutel-i seçdi. Biz LTE şəbəkəmizin inkişafına sərmayə qoyulması istiqamətində səylərimizi gələcəkdə də davam etdirəcəyik və bu, Bakcell şirkətinin Azərbaycanda ən böyük 4G operatoru kimi mövqeyini daha da möhkəmləndirəcək, ölkədə mobil rabitə sahəsinin inkişafını stimullaşdıracaq. Bakcell şirkəti 4G şəbəkəsinin genişləndirilməsini və 4G+ xidmətinin istifadəyə verilməsini prioritet məsələ kimi diqqət mərkəzində saxlayır”, - deyə Bakcell şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.

Yeni təqdim etdiyi “Qoş və Coş” platforması çərçivəsində Bakcell şirkəti video yayım xidməti daxil olmaqla bir çox maraqlı xidmətlər təqdim edəcək. Bunlardan biri rəqəmsal televiziya yayımı sahəsində Türkiyənin aparıcı platforması olan Digiturk şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində təqdim olunan və 100-ə yaxın məşhur kanalı, o cümlədən Lig TV-ni canlı izləmək imkanı verən yeni xidmətdir.

Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları sektorunun inkişafında şirkətin əvəzolunmaz rolunun təsdiqi olaraq, Bakcell Bakutel 2015 sərgisinin “Telekommunikasiya partnyoru” seçilib.

Bakcell şirkəti Bakutel 2015 sərgisinə gələn bütün ziyarətçiləri öz stendinə dəvət edir və onlara xoş və əyləncəli mühitdə ən son texnologiyalardan istifadə edərək imkanı vəd edir. 

 

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə