Bakcell beynəlxalq konfransa dəstək olub

25-10-2017 / 10:28

Bakcell şirkətinın sponsorluğu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı Bakıda “Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı: İnkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans təşkil edilib.

Bu barədə Xeberler.az-a şirkətdən məlumat verilib.

Bakıda baş tutan konfransda rəqəmsal ticarət qovşaqlarının inkişafı ilə bağlı ümumi konsepsiya, bu sahədə əməkdaşlıq, elektron imzaların tətbiqi və qarşılıqlı tanınması mövzusunda təqdimatlar olub.

Məruzəçilər ixrac prosedurlarınınsadələşdirilməsi üçün yeni imkanlar, qeyri-rezidentlərə elektron imzaların verilməsi, məsafədən şirkət qeydiyyatı və idarə olunması, elektron bankçılıq üçün yeni həllərlə bağlı təqdimatlar edib.

Konfransda Avropa İttifaqı, Dünya Bankı, UNDP başda olmaqla beynəlxalq təşkilatlar, Böyük Britaniya,  Rusiya, Estoniya, ABŞ, Polşa, İsveçrə və digər ölkələrdən biznes nümayəndələr, habelə Azərbaycanın dövlət qurumlarının və ictimai təşkilatların təmsilçiləri iştirak edib.

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının ilk beynəlxalq konfransı zamanı  İqtisadi  İslahatların Təhlili və Kommunikasiya Mərkəzi  ilə bir neçə ölkənin mötəbər qurumları arasında əməkdaşlığa dair memorandumlar imzalanıb. 

Günel

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.