Bakcell beynəlxalq uşaq şahmat turnirinə dəstək göstərib

17-04-2019 / 17:34

Bakcell 7-12 aprel 2019-ci il tarixlərində Bakı şəhərində keçirilmiş uşaqlar arasında 18-ci beynəlxalq şahmat turnirinə dəstək göstərib.

Xeberler.az  bildirir ki, Frankofoniya günlərinə həsr edilmiş bu ənənəvi turnir “Gənclik” Şahmat Klubu və Fransanın Azərbaycandakı Səfirliyi tərəfindən Azərbaycan Şahmat Federasiyasının təşkilati dəstəyi ilə keçirilib. İsveçrə sistemi üzrə keçirilmiş turnirdə Azərbaycan, Fransa, Böyük Britaniya, Gürcüstan, Rusiya, Ukrayna, Almaniya, Serbiya və Qazaxıstandan 80-dən çox gənc şahmatçı iştirak edib.

Turnirin nəticələrinə əsasən “A” qrupunun qalibi Azərbaycandan Altay Eynullayev olub. O, Fransada keçiriləcək turnirdə iştirak etmək hüququ qazandı. “B” qrupunda isə ukraynalı Mariya Timchenko ən yüksək nəticə göstərib. Bakcell şirkəti artıq bir neçə ildir ki, ölkəmizdə keçirilən beynəlxalq uşaq şahmat turnirlərinə öz dəstəyini əsirgəmir. Özünün “Bakcell Stars” Korporativ Sosial Məsuliyyət proqramı vasitəsilə şirkət Azərbaycanda gənclər və idmanın inkişafına dəstək göstərir və xüsusi qayğıya ehtiyacı olan uşaqlara yönəlmiş genişmiqyaslı layihələri həyata keçirir.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.