Bakcell blokçeyn texnologiyası üzrə təlim keçirib

31-01-2018 / 15:17

Bakcell şirkəti özünün AppLab proqramında iştirak edən gənc developerlərin peşəkar inkişafına dəstək göstərmək məqsədilə müxtəlif mövzularda təlimlər keçirir.

Xeberler.az məlumat verir ki, gənc developerlər üçün nəzərdə tutulan növbəti təlim müasir dövrün ən aktual mövzulardan olan “Blokçeyn texnologiyası”na həsr olunub.

Təlim sessiyası zamanı AppLab Mərkəzinin dəstəyi ilə yaradılan müxtəlif İT layihələrin müəllifləri tərəfindən blokçeyn texnologiyasının yerli məhsul və xidmətlərə tətbiq edilməsi imkanları, bu texnologiyanın yeni layihələrin yaradılması və problemlərin həlli üçün yararlı olması məsələləri geniş şəkildə müzakirə edilib.

“Fikrimcə, bu texnologiya hər bir fərd, biznes və ümumilikdə bütün cəmiyyət üçün geniş imkanlar yaradan yeni nəsil texnologiyadır. Blokçeyn həmçinin internet istifadəçilərinin təhlükəsizlik və məxfiliyinin qorunması üçün çox yararlı olacaq”, deyə Blutu layihəsinin təsisçisi Əhməd Xələfbəyli bildirib.

“Blokçeyn dünyada yeni iqtisadi və ictimai sistemlərinin əsasını təşkil etmək potensialına malik olan həlledici və fundamental texnologiyadır”, deyə Bakcell şirkətinin Mobil Əlavələrin İnkişaf Etdirilməsi üzrə meneceri Orxan Babayev söyləyib.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.