Bakcell bölgələrdən LİMİTSİZ zəngləri gündəlik sadəcə 30 qəpiyə təklif edir

26-12-2018 / 17:55

Bakcell xüsusi olaraq ölkənin regionlarında yaşayan abunəçilər üçün nəzərdə tutulan yeni təklif hazırlayıb.

Xeberler.az  bildirir ki, abunəçiləri daha rahat, münasib və əlverişli rabitə xidmətləri ilə təmin etmək məqsədilə təqdim olunan eksklüziv paket sayəsində abunəçilər istədikləri qədər danışa biləcəklər. Yeni təklifin şərtlərinə əsasən, “Bakcell”in CİN abunəçiləri öz telefonlarında *545#Yes kodunu yığıb paketi aktivləşdirə və günə sadəcə 0.30 AZN ödəyərək regionlardan 24 saat ərzində limitsiz zəng edə bilərlər.

Qeyd edək ki, bu paket yalnız Azərbaycanın regionlarından olunmuş şəbəkədaxili zənglər üçün keçərlidir. Bölgələr üçün nəzərdə tutulmuş yeni paketi Klass, Business və ElaGÜN tariflərindən istifadə edən abunəçilər istisna olmaqla bütün Bakcell CIN abunəçiləri əldə edə bilər. Abunəçiləri rahat və dayanıqlı mobil rabitə ilə təmin etmək məqsədilə paketin istifadəsinə “ədalətli istifadəsiyasəti” (gündəlik 500 dəqiqə) tətbiq olunur. Əlavə məlumat https://www.bakcell.com/az/unlimited_calls_from_regions_2018 internet səhifəsində təqdim edilir.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.