Bakcell daha bir iri karyera sərgisində iş müsahibələri keçirib

08-10-2018 / 17:04

Bakcell, oktyabrın 5-də “Geniş imkanlara kiçik addımlarla” devizi altında Baku City Circuit (BCC) Akademiyası və Azərbaycanda Amerika Ticarət Palatasının AmCham) birgə təşkil etdiyi karyera sərgisində aktiv iştirak edib.

Xeberler.az  bildirir ki, BCC Akademiyasında keçirilən tədbirdə 40-a yaxın aparıcı şirkət gənc mütəxəssislərə karyera imkanları və təcrübə proqramları barədə məlumat təqdim edib. Tədbir zamanı iştirakçılara Bakcell şirkətinin satış və marketinq departamentlərində mövcud olan vakansiya və təcrübə imkanları barədə geniş məlumat verilib. Şirkət nümayəndələri işaxtaranlar və potensial namizədlərlə müsahibələr keçirib. Tədbirdə quraşdırılmış Bakcell stendi hər zaman olduğu kimi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Ümumiyyətlə, sərgidə Formula 1
Azərbaycan Qran Prisi və digər mühüm tədbirlərdə iştirak etmiş könüllülər daxil olmaqla 900-dan çox tələbə iştirak edib.

Özünün genişmiqyaslı korporativ sosial fəaliyyətinə görə seçilən Bakcell şirkəti, Azərbaycan gənclərinin təhsili və peşəkar inkişafını diqqət mərkəzində saxlayır və gənc mütəxəssislərin məşğulluğunun inkişaf etdirilməsinə böyük töhfə verir. Təkcə cari il ərzində şirkət bir sıra iri karyera sərgisində iştirakla yanaşı özünün ənənəvi yay təcrübə proqramını elan edib və gənclərin karyera və təhsilinə dəstək məqsədini daşıyan digər layihələri uğurla həyata keçirib


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.