Bakcell-də işləmək istəyənlər üçün fürsət

15-04-2016 / 17:39

Bakcell şirkəti 18-25 yaş arası tələbə və məzunlar üçün təşkil etdiyi “Smart Start” təcrübə proqramının yeni mövsümünün açılışını elan edib.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, bu proqram şirkətin müxtəlif şöbələrində peşəkar əməkdaşlarla birgə işləyərək, telekommunikasiya sahəsi üzrə dəyərli iş təcrübəsi toplamaq üçün əla bir fürsətdir.

Ənənəyə sadiq olaraq, şirkət təcrübə imkanlarını karyeralarının müxtəlif mərhələlərini keçən bütün şəxslər üçün təqdim edir. Bu ödənişli təcrübə proqramı həftədə 5 iş günü olmaqla 2016-cı ilin iyul ayından sentyabr ayınadək davam edəcək.

Bütün ərizələr 2016-cı ilin 20 aprelindən 10 mayadək təqdim edilməlidir. 2016-cı il 16 maydan 16 iyunadək keçiriləcək ilkin seçim prosesində namizədlər sınaq və qrup müsahibələrinə dəvət olunacaqlar.

17 iyundan başlayaraq, təcrübə keçənlərin seçimi üzrə komitə bütün uyğun namizədlərlə fərdi və sahələr üzrə müsahibələr keçirəcək. Bu proses 27 iyunda başa çatdırılacaq və “Smart Start” proqramının uğurlu namizədləri iyulun 1-dən  elan ediləcək.

Təcrübə proqramına başlamazdan əvvəl bütün seçilmiş namizədlərə Bakcell şirkəti tərəfindən daxili təlimlər keçiriləcək.

Faktiki proqram iyulun1-də başlayıb  sentyabrın 1-də başa  çatacaq.

Bu 2 aylıq dövr ərzində təcrübə keçənlər səmimi işçi heyətinin üzvləri kimi şirkətin gündəlik əməliyyatlarına fəal surətdə cəlb olunacaq.

Təcrübə proqramında iştirak etmək üçün namizəd buradan ərizə formasını doldurmalıdır.

2015-ci ildə “Smart Start” təcrübə proqramında iştirak etmək üçün Bakcell şirkətinə 2000 nəfərdən çox namizəd müraciət edib. Telefon vasitəsilə 688 nəfərlə müsahibə aparılıb, onlardan 480 nəfəri sınaq və qrup müsahibələrindən keçmək üçün seçiliblər. Onlardan 190 nəfəri fərdi müsahibələrə dəvət olunaraq uğur qazanıb, 32 nəfər isə proqramda iştirak edib. Təcrübə keçənlər arasında proqramı müvəffəqiyyətlə bitirmiş ən fəal və perspektivli 3 gənc Bakcell şirkətində işlə təmin olunmaq imkanı əldə ediblər. 

 

Xeberler.az

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.