Bakcell-dən abunəçilərə Novruz hədiyyəsi

28-02-2018 / 12:13

Bakcell şirkəti hər il olduğu kimi bu il də öz abunəçilərini Azərbaycan xalqının ən sevimli bayramlarından biri olan Novruz bayramında bol-bol hədiyyələrlə sevindirir.

Xeberler.az bildirir ki, qonşunun qapısına papaq atıb bayram şirniyyatı payını almaq ən sevimli Novruz adət-ənənəlindən biridir ki, həmin gözəl ənənəyə sadiq qalan Bakcell öz abunəçilərini qapısına virtual papaq atıb pulsuz dəqiqələr, SMS və Meqabaytlar qismində Novruz hədiyyələrini almağa dəvət edir.

Belə ki, Novruz bayramı ərəfəsində nömrənin balansını ən azı 2 AZN məbləğində artıran hər bir əvvəlcədən ödənişli (prepaid) Bakcell abunəçisini gözəl təsadüfi hədiyyə gözləyir.

Fevralın 26-dan martın 31-dək davam edəcək hədiyyə kampaniyasına qoşulmaq olduqca asandır. Bunun üçün sadəcə “papaq” sözünü yazıb pulsuz SMS vasitəsilə 7777 nömrəsinə göndərmək kifayətdir. Kampaniyaya qoşulandan sonra abunəçi balansına hər dəfə ən azı 2 AZN məbləğində vəsait yükləyəndə Bakcell-dən təsadüfi hədiyyə alacaq.

Bu misilsiz hədiyyə kampaniyası çərçivəsində abunəçilər 100-ə qədər pulsuz şəbəkədaxili zəng dəqiqəsi, 100-ə qədər pulsuz ölkədaxili SMS və hətta 500 Mb-ə qədər pulsuz internet paketi və digər gözəl hədiyyələri qazana biləcəklər.

Qeyd edək k, kampaniya ərzində balans artımı və hədiyyələrin sayına görə heç bir məhdudiyyət yoxdur. Kampaniyada yalnız əvvəlcədən ödənişli (prepaid) Bakcell tariflərinin abunəçiləri iştirak edə bilər.

Xeberler.az

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.