Bakcell-dən abunəçilərinə Yeni il hədiyyəsi

04-12-2015 / 11:29

Bakcell abunəçiləri Yeni ili limitsiz şəbəkədaxili danışıq imkanı ilə qarşılayacaqlar.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, Bakcell şirkəti Yeni il qabağı yeni kampaniyaya start verir.

Daha çox dəyər və rahatlıq yaradacaq bu yeni kampaniya çərçivəsində Bakcell abunəçiləri gündə cəmi 0.59 AZN ödəməklə limitsiz şəbəkədaxili danışıq imkanına malik olacaqlar.

Kampaniya 3 dekabr 2015-ci ildən 31 yanvar 2016-cı ilədək davam edəcək. Bu Yeni il kampaniyası çərçivəsində bütün CIN və Klass abunəçiləri gündəlik 24 saat limitsiz şəbəkədaxili danışıq əldə etmək imkanına malik olacaqlar. Yeni il kampaniyasına qoşulmaq üçün Bakcell abunəçiləri bu pulsuz USSD kodunu yığmalıdırlar– *552#YES.

Abunəçilər hər gün cəmi 0.59 AZN ödəməklə gündəlik 24 saat limitsiz şəbəkədaxili danışıq tarifinə abunə ola bilərlər. Bu kampaniyaya qoşularkən növbəti 3 günün gündəlik abunə haqqı, yəni 1.77 AZN nömrənin balansında olan vəsaitdən çıxılır. 4-cü gündən etibarən isə kampaniyanın son gününədək gündəlik 0.59 AZN abunə haqqı tutulur.

Kampaniyaya qoşulmaq üçün sonuncu gün 27 yanvar 2016-cı il saat 23:59:59 radələrində bitir. Yeni kampaniya haqqında ətraflı məlumat almaq üçün xahiş olunur *555#YES yığıb “Kampaniyalar” menyusuna daxil olun və Yeni il kampaniyası planını aktivləşdirin.

Abunənin ilk 3 gününü ödəmək üçün balanslarında kifayət qədər vəsait olmayan Prepaid (əvvəlcədən ödəmə) CIN və Klass abunəçiləri yeni plana qoşula bilməyəcəklər. Bu halda, abunəçilər kampaniyadan faydalanmaq imkanına malik olmaq üçün balanslarına vəsait yükləməlidirlər.

Kampaniyada iştirakı dayandırmaq istəyən abunəçilər *552*0#YES kodunu yığmaqla bunu edə bilərlər.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə