Bakcell-dən GəlirliCIN tarifində zənglərin qiymətinə endirim

22-07-2015 / 14:05

Bakcell şirkəti bu gündən etibarən GəlirliCIN tarifində olan abunəçiləri üçün “Hər gün möcüzə” adlı yeni kampaniyaya start verir.

Şirkətdən Xəbərlər-ə verilən məlumata görə, kampaniyanın mexanizmi abunəçilərə gün ərzində xərclədikləri bütün məbləği növbəti gün bonus şəklində balanslarına geri qaytarmağa imkan verir.

Bu kampaniyadan GəlirliCIN tarifində olan bütün mövcud, eləcə də yeni qoşulan abunəçilər yararlana bilərlər. Hazırda GəlirliCIN tarifində olan bütün abunəçilər bu təklifə miqrasiya olunaraq dərhal daha ucuz qiymətlər və daha iri bonuslardan faydalana biləcək, istənilən istiqamətdə ölkədaxili zəng, SMS, MMS və mobil İnternet üçün xərclədikləri məbləği 100 faiz olmaq şərtilə növbəti gün bonus şəklində geri alacaqlar. Bu kampaniya çərçivəsində əldə olunan bonus balansını abunəçilər istənilən istiqamətdə ölkədaxili danışıqlar, SMS və MMS yollanılması və eyni zamanda mobil İnternet üçün istifadə edə bilərlər. Bonus İnternet paketini almaq üçün istifadə oluna bilməz.

Bakcell şirkəti eyni zamanda GəlirliCIN tarifində 25 faizlik endirim tətbiq edərək ölkədaxili danışıqların bir dəqiqəsi üçün qiyməti 8 qəpikdən 6 qəpiyə endirib.

Gündəlik bonus alındığı günün sonuna qədər istifadə olunmalıdır. Bonusun istifadə olunmamış qalığı növbəti günə keçirilmir.

Qeyd edək ki, GəlirliCIN tarifində olan bütün abunəçilər yeni və daha sərfəli olan bu kampaniyaya avtomatik şəkildə miqrasiya olunacaqlar. Digər tariflərdə olan abunəçilər isə GəlirliCIN-ə qoşularaq bu kampaniyadan faydalana bilərlər.

GəlirliCIN tarifinə qoşulmaq üçün *138*3#YES kodunu yığmaq yetərlidir. Tarif barədə ətraflı məlumatı www.bakcell.com saytından və ya *555#YES kodunu yığaraq GəlirliCIN tarifini seçməklə əldə etmək olar. Tarifə qoşulduqdan sonra gündəlik bonus balansını yoxlamaq üçün 3 rəqəmini SMS vasitəsilə 5504 qısa nömrəsinə yollamaq lazımdır.

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.