Bakcell-dən MilliÖN istifadəçilərinə bonus dəqiqələr

24-02-2016 / 13:29

Bakcell şirkəti MilliÖN ödəmə terminalları şəbəkəsinin sahibi “Komtec” şirkəti ilə birlikdə “Bonus dəqiqələri” kampaniyasına start verib.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, yeni kampaniyanın keçirilməsində məqsəd Bakcell abunəçilərinə daha yaxşı xidmət göstərmək, onların məmnuniyyətini qazanmaq və sərf etdikləri məbləğin əvəzində daha çox dəyər əldə etmələrini təmin etməkdir.

MilliÖN ödəmə terminalları vasitəsilə öz nömrələrinin balansına minimum 5 AZN vəsait yükləyən əvvəlcədən ödəmə sistemində olan (prepaid) Bakcell abunəçilərinə 5 dəqiqə bonus təqdim edilir.

Bonus dəqiqələri ödəmə terminalında ödəniş həyata keçirildikdən dərhal sonra avtomatik olaraq abunəçinin balansına yüklənir.

Bonus dəqiqələri yalnız şəbəkədaxili zənglər üçün istifadə oluna bilər. Bonus dəqiqələri abunəçinin balansına yükləndikdən sonra 3 gün ərzində etibarlıdır.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə