Bakcell əməkdaşları universitet tələbələri ilə görüşüb-Fotolar

17-05-2016 / 12:50

 Bakcell şirkətinin əməkdaşları Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universitetinin tələbələri ilə  görüş keçiriblər. 

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, görüş zamanı bu il öz 20 illiyini qeyd edən Bakcell şirkətinin nailiyyətləri və tələbə və məzunlar üçün təşkil olunan “Smart Start” təcrübə proqramı və AppLab innovativ mobil developer layihəsi barədə məlumat verilib.

Bu proqram şirkətin müxtəlif şöbələrində peşəkar əməkdaşlarla birgə işləyərək, telekommunikasiya sahəsi üzrə dəyərli iş təcrübəsi toplamaq üçün əla bir fürsətdir. “Smart Start” proqramında təcrübə müddəti 2 ay olmaqla, həftədə 5 tam iş günüdür. Proqram iştirakçıları nəqliyyat və qida xərclərini qarşılamaq məqsədilə 2 ay müddətində “Bakcell”dən təqaüd alırlar. Proqramın sonunda gənclər proqramda iştirak haqqında sənədlə təmin olunurlar. Bununla yanaşı, “Smart Start” proqramının bütün məzunları Bakcell şirkətində açılan iş yerlərinə potensial namizəd hesab olunurlar.

2015-ci ildə “Smart Start” təcrübə proqramında iştirak etmək üçün Bakcell şirkətinə 2000 nəfərdən çox namizəd müraciət edib. Telefon vasitəsilə 688 nəfərlə müsahibə aparılıb, onlardan 480 nəfəri sınaq və qrup müsahibələrindən keçmək üçün seçiliblər. Onlardan 190 nəfəri fərdi müsahibələrə dəvət olunaraq uğur qazanıb, 32 nəfər isə proqramda iştirak edib. Təcrübə keçənlər arasında proqramı müvəffəqiyyətlə bitirmiş ən fəal və perspektivli 3 gənc Bakcell şirkətində işlə təmin olmaq imkanını əldə ediblər.

AppLab regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə buraxılan tam hazır varianta qədər çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra modelidir. Şirkət mobil proqram tərtibatı və yayımı üçün developerləri vacib alətlərlə təmin etməklə yanaşı, Wayra UK şirkəti ilə əməkdaşlıq çərçivəsində yerli developerlər üçün öz ideyalarını təqdim edərək investisiyalar əldə etmək imkanı yaradır.

Günel 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.