Bakcell ən yaxşı mobil şəbəkə seçildi-Foto

11-10-2017 / 17:59

Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan P3 Communications şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda “Best in Test” (sınaq nəticələrinə görə, ən yaxşı) adına layiq görülüb.

P3 Communications şirkətinin tətbiq etdiyi test metodologiyası xidmətlərin geniş spektri üzrə müştəri təcrübəsinin ölçülməsinə əsaslanır.

Xeberler.az-ın məlumatına görə, mobil rabitə şəbəkələrinin müqayisəli testləri həm səs, həm də mobil internet xidmətləri üzrə 2017-ci ilin avqust ayı ərzində bütün ölkə ərazisində, o cümlədən, şəhərlərdə, qəsəbələrdə və əsas yollarda keçirilib.

100% səyyar test formasında təşkil olunan bu testlərin 55%-i Bakı, Gəncə, Şəki, Şirvan, Quba, Mingəçevir, Sumqayıt və s. şəhərlərdə, qalan hissəsi isə Xırdalan, Qəbələ, Xaçmaz, Lənkəran və s. bu kimi daha kiçik şəhərlər və bu şəhərlərlə qəsəbələr arasında olan yollarda keçirilib.

Testlərin nəticələrinə əsasən, Bakcell Azərbaycanda ümumi şəbəkə təcrübəsinə görə ən yüksək göstəriciyə, Bakı və ölkənin digər böyük şəhərlərində isə sınaq nəticələrinə görə ən yaxşı mobil internet şəbəkəsinə malikdir.

“Mobil rabitə şəbəkələrinin müqayisəli testləri sahəsində beynəlxalq lider tərəfindən Bakcell şəbəkəsinin sınaq nəticələrinə görə ən yaxşı mobil şəbəkə (“the best in test”) elan edilməsi bizi çox sevindirir. Bakcell öz müştəriləri üçün ən qabaqcıl mobil istifadəçi təcrübəsini təmin etmək məqsədilə öz şəbəkəsinə investisiya yatırmağa davam etdirir.

Bizim 3G və 4G şəbəkələrimiz daim təkmilləşdirilir və regionları da əhatə etmək üçün genişləndirilir. Şəbəkənin təkmilləşdirilməsi üçün biz yeni texnologiyalardan istifadə edirik ki, bu da, öz növbəsində, Bakcell şəbəkəsinin üstünlüyünü təmin etmiş olur. Artıq 2-ci ildir ki, Bakcell şəbəkəsi müqayisəli testlər aparan müstəqil beynəlxalq təşkilatlar tərəfindən ən yaxşı şəbəkə kimi tanınır və mən inanıram ki, Bakcell abunəçilərinə ən qabaqcıl mobil istifadəçi təcrübəsini təklif etməklə, biz bu nailiyyətimizi qarşıdan gələn illərdə də qoruyub saxlayacağıq”, deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Nikolai Bekers bildirib.

6500-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.

Xeberler.az

 

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.