Bakcell Gold abunəçilər üçün rominq kampaniyasını təqdim edir

14-07-2015 / 11:34

Bakcell şirkətinin rominqdə olan kampaniyalarından artıq Gold (korporativ ) abunəçilər də faydalana bilərlər.

Şirkətdən Xəbərlər-ə veriln məlumata görə, rominq xidmətindən yararlanmaq üçün *130#YES kodunu yığmaq yetərlidir. Kampaniya çərçivəsində rominqdə olarkən daxil olan zənglərin 1 dəqiqəsi 0.25 AZN, çıxan zənglərin 1 dəqiqəsi 0.75 AZN təşkil edir. Gündəlik xidmət haqqı 0.35 AZN- dir.

Qeyd edək ki, Bakcell şirkətinin korporativ abunəçilərinin sərfəli rouminq qiymətlərindən faydalana biləcəyi ölkələrin sayı 30-dan 37-yə qədər artırılıb. Kampaniya barədə ətraflı məlumatı bu keçiddən almaq olar.

Hazırda Bakcell abunəçiləri ümumilikdə 168 ölkədə 417 mobil operatorun şəbəkəsində rominq xidmətindən istifadə edə bilirlər.

Xarici səfərdə olan abunəçilər Bakcell Rominq Applikasiyasından istifadə etməklə bütün tərəfdaş rominq ölkələrində və operatorlarında zəng, SMS və İnternet qiymətləri və cari rominq kampaniyaları haqqında bütün məlumatları əldə edə, eyni zamanda, Bakcell-lə onlayn əlaqə yaradaq dəstək ala bilərlər. 4G rominq xidmətinin tərəfdaşlarının siyahısı barədə məlumat da həmçinin Bakcell rominq applikasiyasından əldə oluna bilər.

Bakcell rominq applikasiyası haqda daha ətraflı məlumatı bu keçiddən almaq olar.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.