Bakcell-in dəstəyi ilə Yay Məktəbi başlayır

21-07-2017 / 13:52

Bakcell şirkətinin dəstəyi və Azərbaycan Respublikası Təhsil Nazirliyi, ENGİN şirkəti və Kapital Bankın təşkilatçılığı ilə "Azərbaycan üçün Öyrət’’ təhsil proqramı çərçivəsində 24 – 31 iyul 2017-ci il tarixində “Təhsil Avtobusu - 2017” Yay Məktəbi keçiriləcək.

Bu barədə Xeberler.az-a Bakcell-dən məlumat verilib.

Qeyd edilib ki, yay məktəbinin məqsədi bölgələrdə yaşayan və ya təhsil alan orta ixtisas və ali təhsil müəssisələrinin akademik göstəriciləri orta olan tələbələrin karyera inkişaflarına təsir etmək, onlara informasiya texnologiyalarından karyera inkişafında istifadədə, iş seçimi və axtarışında kömək edəcək bilik və bacarıqlar vermək, eləcə də həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına stimul verməkdir. Yay Məktəbi çərçivəsində bu istiqamətlərdə dərslər, fərdi inkişaf təlimləri və intellektual yarışlar keçiriləcək.

Bakı-Quba-Masallı-Sabirabad-Gəncə-Mingəçevir-Zaqatala-İsmayıllı-Bakı marşrutu üzrə səyahət edəcək “Təhsil Avtobusu - 2017” Bakcell şirkəti tərəfindən təchiz edilmiş yüksəksürətli internetlə təmin olunacaq.

Qeyd edək ki, "Azərbaycan üçün Öyrət’’ Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasını dəstəkləyərək keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasını təmin edən təhsil proqramıdır.

Xatırladaq ki, Bakcell eyni zamanda Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində digər qurumlarla da uğurlu əməkdaşlığını davam etdirir. Belə ki, şirkət UAFA (Azərbaycana Birgə Yardım təşkilatı) və  SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyası İctimai Birliyi tərəfindən icra edilən müxtəlif layihələrə öz dəstəyini göstərməklə xüsusi qayğıya ehtiyacı olan uşaqların həyatında müsbət dəyişikliklər yaratmağa çalışır.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə