Bakcell-in əməkdaşları Dünya Mobil Konqresində iştirak edib

06-03-2015 / 14:40

Bakcell şirkətinin əməkdaşları martın  2-5-də İspaniyanın Barselona şəhərində keçirilən Dünya Mobil Konqresində (Mobile World Congress) iştirak edərək bir çox maraqlı müzakirələrə qatılıb və görüşlər keçiriblər. 

Bu barədə Xəbərlər-ə şirkətin mətbuat xidmətindən məlumat veriblər.

Qeyd edək ki, dünya telekommunikasiya bazarının ən nəhəng iştirakçılarının təmsil olunduğu bu nüfuzlu beynəlxalq tədbirdə ən son mobil texnologiylar nümayiş etdirilir, telekommunikasiya sahəsindəki innovasiyalar, gələcək planlar müzakirə olunub.

Bakcell şirkəti  də hər il müxtəlif ölkələrdə təşkil olunan yüksək səviyyəli telekommunikasiya tədbirlərində iştirak edir.

“Bakcell”in baş icraçı direktoru Riçard Şirer bildirib bildirib ki, telekommunikasiya sənayesi üçün çox maraqlı  həftə olub.

Konqres çərçivəsində keçirilən “İnnovasiyaların Operatorlara Satılması” (“Selling Innovations to Operators”) sessiyasında “Bakcell”in Korportaiv Strategiya departamentinin rəhbəri Mark Zırka da iştirak edib. Burada startap üçün ən yaxşı strategiyalar, innovasiyalar, dünyadakı mobil operatorlar üçün strategiya və təchizat məsələləri, onlayn platformaların telekommunikasiya sənayesində yeri və s. məsələlər müzakirə olunub.

Mark Zirka “Bakcell”in Azərbaycanda startap mühitinin inkişafına dəstəyindən, eyni zamanda ölkədə yeni mobil applikasiyaların yaranmasını dəstəkləyən Applab layihəsi haqqında da danışıb:

“Bu tədbir bizə dünyadakı müxtəlif startapların ehtiyaclarını daha yaxşı başa düşməyə imkan yaratdı. Biz eyni zamanda burada öz mesajlarımızı da çatdıra və “Bakcell”in startapların inkişafı üçün qitələrarası səviyyədə tanınan və dəstəklənən bir ekosistem təmin etdiyini göstərə bildik”.  

Bakcell şirkəti bu il ilk dəfə olaraq azərbaycanlı bloqqerin Dünya Mobil Konqresində iştirakını təmin edib və Barselonada nümayiş olunan ən son yeniliklər, mobil cihazlar və keçirilən tədbirlər barədə video xəbərləri özünün rəsmi Facebook səhifəsində yerləşdirib. Beləliklə, mobil texnologiyalar sahəsindəki ən son yeniliklər qısa bir müddət ərzində Azərbaycandilli İnternet istifadəçilərinə təqdim olunub.

Məltəm Talıbzadə 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə