Bakcell-in rouminq xidmətindən istifadə daha da asanlaşdı

29-11-2018 / 12:21

Bakcell şirkəti özünün rouminq xidmətlərindən istifadəni daha da əlçatan edib. Belə ki, yeni istifadəyə verilmiş USSD funksionallığı sayəsində abunəçilər “Bakcell”in bütün rouminq təklifləri barədə məlumat almaq və tələblərinə tam şəkildə cavab verən sərfəli paketlərdən birini seçmək imkanına malikdirlər.

Xeberler.az  bildirir ki, mobil telefonlarında *125#YES kodunu yığmaqla, abunəçilər çox sadə və rahat USSD menyusuna giriş əldə edib, “Bakcell”in təklif etdiyi paketlərin birini seçə və mövcud rouminq paketinin balansını yoxlaya biləcəklər.

Qeyd edək ki, yeni USSD funksionallığı internetdən istifadəni tələb etmir və tam olaraq PULSUZ təqdim edilir. Bu il Bakcell şirkəti rouminq xidmətlərini daha sərfəli etmək məqsədilə yeni rouminq paketlərini təqdim edib. “Bakcell”in yeni “Rouminqdə İnternet” paketləri səyahət zamanı internetdən çox istifadə edən müştərilərin ürəyincə olacaq. 40-dan çox ölkədə təqdim olunan bu paketlər sayəsində Wi-Fi axtarmağa və ya yerli operatorun SİM kartını almağa ehtiyac yoxdur. Bundan
əlavə, “Rouminqdə İnternet” paketlərin istifadəçiləri “WhatsApp”dan tam olaraq pulsuz istifadə edirlər (mətn və zənglər üçün). “Bakcell”in yeni gündəlik, həftəlik və aylıq “Rouminqdə hamısı daxil” paketləri isə xaricdə olarkən bol meqabaytlar, çoxlu dəqiqə və SMS-lər sayəsində sərfəli qiymətə tam ünsiyyət sərbəstliyini təmin edir.

Həmçinin xatırladaq ki, Bakcell şirkəti ölkənin telekommunikasiya bazarında ilk dəfə olaraq ən innovativ və unikal müştəri xidməti alətini – “Mənim Bakcellim” applikasiyasını təqdim edib.

“Mənim Bakcellim”dən istifadə edən abunəçilər öz nömrələrinin hesabı ilə bütün lazımı əməliyyatları həyata keçirməklə yanaşı, Bakcell şirkətinin təklif etdiyi bütün rouminq təklifləri barədə məlumat almaq, sərfəli paketlərindən birini seçmək və hətta istifadə olunan rouminq paketin balansını yoxlamaq imkanına malikdirlər. Yeni rouminq paketləri vasitəsilə Bakcell abunəçiləri səyahət zamanı heç bir məhdudiyyət və məsafə hiss etməyəcəklər. Şirkət müasir rabitə xidmətləri istifadəçilərinin tələb və ehtiyaclarını qarşılamaq məqsədilə innovativ həllər təklif etməyə davam edəcək.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.