Bakcell-in yeni icraçı direktoru kimdir?

19-05-2016 / 14:25

Məlumat verdiyimiz kimi, Bakcell şirkətinə yeni baş icraçı dierktor təyin edilib.

Belə ki, yeni rəhbər telekommunikasiya bazarında 20 illik iş təcrübəsi olan Nikolay Bekers olub. O, səlahiyyətlərinin icrasına mayın 1-dən başlayıb.

Berkersin əvvəlki fəaliyyəti barədə qısa arayışı  təqdim edirik:

Nikolay Bekers bu vəzifəyə təyin edilməmişdən öncə 3 ildən çox  Ruminayada Almaniyanın Deutsche Telecom telekommunikasiya qrupunun baş icraçı direktoru vəzifəsində çalışıb.

O, həmçinin 1 ildən çox T-Systems Fransa şirkətinin prezidenti, Makdenonski Telecom şirkətinin baş icraçı direktoru, Deutsche Telecom France SAS şirkətinin prezidenti vəzifələrini də icra edib.

Bundan əlavə, Berkers İndonzaiya, Malayziya, Sinqapur və Filippin kimi ölkələrdə telekommunikasiya sənayəsi üzrə də  çalışıb.

Bekers INSEAD biznes məktəbinin və Köln Üniversitetinin MBA  diplomunu alıb.

Bakcell-in yeni rəhbəri 5 dildə- fransa, indonzaiya, alman, ingilis, yapon dilində sərbəst danışa bilir.

Bekers Azərbaycandakı  yeni fəaliyyətindən danışarkən deyib ki, Azərbaycana yeni gəlib və Azərbaycan dili biliyi çox aşağı səviyyədədir. O, ölkəmizdəki fəaliyyəti dövründə  Azərbaycan dilini təkmilləşdirəcəyini deyib:

“Son zamanlar dünyada yaşanan çətin iqtisadi vəziyyət Azərbaycandan da yan keçməyib. Telekommunikasiya sahəsi Azərbaycan iqtisadiyyatında əhəmiyyətli yer tutur və şübhəsiz ki, mövcud iqtisadi durum bu biznes sahəsinin qarşısında da çətin və mürəkkəb vəzifə qoyur. Buna baxmayaraq , Bakcell ölkənin telekommunikasiya bazrında oluduqca güclü mövqeyə sahibdir və inanıram ki, biz öz şəbəkəmizə və təqdim etdiyimiz yeni xidmətlərə investisiya qoyluşlarını davam etdirəcək və  çətinliklərin öhdəsindən peşəkarcasına gələcək”. 

Məltəm Talıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.