Bakcell internet paketin qiymətini 10 qəpiyə saldı

09-09-2015 / 17:02

“Bakcell” şirkəti abunəçilərinə yüksək sürətli mobil interneti daha sərfəli şərtlərlə təqdim edir.

Xeberler.az-ın məlumatına görə, artıq CIN abunəçiləri gündə cəmi 10 qəpik ödəməklə Gündəlik İnternet paketini ikiqat həcmdə əldə edə bilərlər.

Sentyabrın 1-dən etibarən aktivləşdirilən kampaniya sayəsində "Bakcell" abunəçiləri asanlıqla 25 MB əvəzinə 50 MB həcmində yüksək sürətli mobil internetdən yararlana bilərlər.

Bakcell-in baş marketinq direktoru Mariya Toyçeva bildirib: “Bakcell şirkəti ölkənin mobil internet bazarında lider mövqeyə sahibdir. 4G xidmətinin istifadəyə verilməsinin ardınca şəbəkəmizdə internetdən istifadə edən abunəçilərin sayında davamlı artım müşahidə edirik. Biz abunəçilərimizə yüksək keyfiyyətli internet üçün çox sərfəli qiymətlər təklif edirik. Bu kampaniya çərçivəsində abunəçilərimiz eyni qiyməti ödəməklə ikiqat artıq internet əldə edəcəklər ki, bu da bazarda ən yaxşı təklifdir”.

Gündəlik İnternet paketinin aktivləşdirilməsi çox asandır, bunun üçün sadəcə olaraq telefonda *189*1#Yes kodunu yığmaq yetərlidir. Gündəlik İnternet paketinin aktivləşdirilməsindən sonra abunəçilər ilk 5 gün ərzində internetdən PULSUZ faydalana biləcəklər. Gündəlik İnternet paketinə qoşularkən xidmət haqqı olaraq abunəçinin balansından 0.50 AZN dəyərində birdəfəlik xidmət haqqı çıxılacaq. 5 günlük müddət bitdikdən sonra Gündəlik İnternet paketi hər gün yenilənəcək və abunəçinin balansına gündəlik qaydada 50 MB həcmində internet trafiki yükləniləcək. Hər bir gündəlik yenilənmədən sonra abunəçinin balansından 10 qəpik çıxılacaq.

Kampaniyanın şərtləri haqqında daha ətraflı bu linkdə 

Məltəm Talıbzadə 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.