Bakcell investisiya qoyuluşuna davam edəcək

09-06-2017 / 13:05

Bakcell MMC lazımi investisiya qoyuluşlarına davam edəcək.

Xeberler.az Report-a istinadən məlumat verir ki,  bu barədə şirkətin baş icraçı direktoru Nikolay Bekkers (Nikolai Beckers) bu gün keçirdiyi mətbuat konfransında məlumat verib:

"2015-2016-cı illər çətin olub. 3G və 4G mobil avadanlığı idxal olunur. Manatın məzənnəsinin zəifləməsi bütün şirkətlər üçün çətinlik yaradıb. Lakin qərar verdik ki, şəbəkənin genişləndirilməsini davam etdirək. Realistik olmağa, ağılabatan investisiyalar etməyə çalışırıq. Xərcləri illərlə amortizasiya etməli, yəni illərə bölməliyik".

Bakcell İstifadəçilərin sayı ilə bağlı suala cavabında isə N.Bekkers bildirib ki, son bir ildə bu rəqəm 50% artıb:

"Hətta bəzi ərazilərdə 100%-dən çox artıb. Artım yüksək templə davam edir".

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə