Bakcell Karyera Sərgisində iştirak edib

05-03-2018 / 16:15

Bakcell ADA Universitetinin təşkil etdiyi 6-cı Karyera Sərgisində iştirak edib.

Xeberler.az bildirir ki, sərgidə ölkənin ən nüfuzlu şirkət və müəssisələri təmsil olunub və onlar ADA Universitetinin tələbə və məzunlarını müxtəlif karyera və təcrübə imkanları ilə tanış ediblər.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından olan Bakcell şirkəti Azərbaycan iqtisadiyyatının ən prioritet istiqamətləri sırasında gənclərin məşğulluğunun inkişaf etdirilməsinə böyük töhfə verməkdədir.

ADA-nın təşkil etdiyi 6-cı Karyera Sərgisində universitetin tələbə və məzunlarına Bakcell şirkətinin satış və marketinq departamentlərində mövcud olan vakansiya və təcrübə imkanları barədə məlumat verilib. Həmçinin, gənclər Bakcell şirkətinin öz müştərilərinə və xidmətlərinə innovativ yanaşma üsulları barədə geniş məlumatla tanış olublar. Karyera sərgisindəki Bakcell stendi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Bakcell şirkətinin fəaliyyətinin əsas məqsədlərindən biri də yerli gənc istedadlara təhsil və karyera qurmaqda dəstək göstərmək və beləliklə də Azərbaycan gənclərinin parlaq gələcəyinə töhfə verməkdir.

 Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.