Bakcell Karyerada ilk addım devizi altında keçirilən tədbirə qoşuldu

27-09-2018 / 10:03

“Bakcell” sentyabrın 26-da “Odlar Yurdu” Universitetində “Karyerada ilk addım” devizi altında təşkil edilmiş aktiv məşğulluq tədbirinə qatılıb. Aktiv məşğulluq tədbirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Bakı şəhərində ali təhsil müəssisələrində tələbə və məzunların əmək bazarına uğurlu inteqrasiyası üçün mütəmadi olaraq keçirilir.

Xeberler.az  bildirir ki, məşğulluq tədbirində 50-dən çox işəgötürən müəssisə və təşkilat iştirak edib. Tədbir zamanı iştirakçılara Bakcell şirkətinin satış və marketinq departamentlərində mövcud olan vakansiya və təcrübə imkanları təqdim olunub. Şirkətin nümayəndələri tələbə və məzunlarla müsahibələr keçirib.

Tədbirdə quraşdırılmış Bakcell stendi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Özünün genişmiqyaslı korporativ sosial fəaliyyətinə görə seçilən Bakcell şirkəti, Azərbaycan gənclərinin təhsili və peşəkar inkişafını diqqət mərkəzində saxlayır və gənclərin məşğulluğunun inkişaf etdirilməsinə böyük töhfə verir. Təkcə cari il ərzində şirkət ADA Universiteti, Qərbi Kaspi Universiteti, ADNSU və ADAU-nun keçirdiyi karyera sərgilərində iştirakla yanaşı özünün ənənəvi yay təcrübə proqramını elan edib və gənclərin karyera və təhsilinə dəstək məqsədini daşıyan digər layihələri uğurla həyata keçirib.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə