Bakcell Klass M tarifində yenilik edib

25-07-2016 / 11:48

Klass M tarifi abunəçilərə hər həftə 2 manat ödəməklə ölkədaxili 50 dəqiqə danışıq, 100 MB həcmində internetdən istifadə və WhatsApp-dan pulsuz yararlanmaq imkanı qazandırır.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, bu tarif paketinə qoşulmaq üçün *202#YES yığmaq kifayətdir.

“Klass tarifinə qoşulan Bakcell abunəçiləri bir çox unikal imkanlar əldə edirlər. Abunəçilərin müxtəlif mobil xidmətlərə olan ehtiyacı müxtəlifdir. Biz onların mobil data, səs və SMS xidmətinə olan tələbatını nəzərə alaraq fərlqi abunəçi qrupları üçün fərqli Klass paketləri təqdim edirik”, deyə Bakcell şirkətinin baş marketinq və satış direktoru Fedja Hadziç bildirib.

Bu, müxtəlif Klass tarif paketlərinin istifadəçiləri yaradılan ilk imkan deyil. Hazırda bütün Klass abunəçiləri səs bə mobil data xidmətlərindən istifadə edərkən vəsaitlərinə qənaət edə və istədikləri qədər ünsiyyət qura bilirlər.

Bununla yanaşı, Klass abunəçilərı hazırda WhatsApp mobil tətbiqindən pulsuz istifadə edirlər.

Günel 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə